Azərbaycanda fəaliyyət göstərən 13 xarici neft şirkəti hesabatını açıqlamaqdan imtina edib

Azərbaycanda fəaliyyət göstərən 13 xarici neft şirkəti hesabatını açıqlamaqdan imtina edib
# 19 sentyabr 2008 13:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan ictimai birliklərinin «Mədən Sənayesində Şəffaflığın Artırılması» Koalisiyası (MSŞA) neft şirkətlərinin fərdi şəkildə hesabatlarının açıqlanmasına nail olmaq istiqamətində iş aparır. «APA-Economics»in məlumatına görə, bunu Koalisiyanın əlaqələndiricisi Qubad İbadoğlu bildirib.
Q.İbadoğlunun sözlərinə görə, MSŞA üzrə Hökumət Komissiyasının da təsiri nəticəsində Azərbaycanda fəaliyyət göstərən 5 neft şirkəti – «Middle East Petroleum», «Binagadi Oil», BP, «Shell» və «StatoilHydro» fərdi qaydada hesabatları təqdim etməyə razılıq verib. «Hess Ltd.» və ARDNŞ isə yalnız bütün şirkətlər fərdi hesabatlarının açıqlanmasına razı olacaqları təqdirdə öz razılıqlarını verəcəklərini bəyan edib.
Koalisiya əlaqələndiricisi onu da bildirib ki, 13 şirkət fərdi şəkildə hesabatların açıqlanmasına razılıq verməyib. Bu şirkətlər arasında «Total», «ExxonMobil», «Devon», «Chevron», «Rafi Oil FZE» və s. şirkətlər var. Yalnız «LUKoil» şirkəti indiyədək bu müraciətə münasibət bildirməyib.
Qeyd edək ki, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü 2002-ci ilin sentyabr ayında Yohanesburqda (CAR) keçirilmiş Davamlı İnkişaf üzrə Dünya Samitində Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyr tərəfindən irəli sürülüb. Azərbaycan bu təşəbbüsü dəstəkləyən və ən fəal iştirakçısı olan dövlətlərdəndir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR