Azərbaycan neftçiləri bu gün peşə bayramlarını qeyd edirlər

Azərbaycan neftçiləri bu gün peşə bayramlarını qeyd edirlər
# 20 sentyabr 2008 08:54 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Azərbaycan neftçiləri öz peşə bayramlarını qeyd edirlər. «APA-Economics»in məlumatına görə, 14 il əvvəl – 1994-cü ildə Azərbaycan hökuməti ilə xarici neft şirktləri arasında «Əsrin müqaviləsi»nin imzalandığı 20 sentyabr tarixi Azərbaycan neftçilərinin peşə bayramı kimi qeyd olunur. Bu gün bayram münasibəti ilə ARDNŞ-in işçiləri Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər. ARDNŞ prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında şirkətin «Əsrin müqaviləsi»nin Azərbaycanın sosial-iqtisadi həyatını dəyişdiyini və ölkənin sürətli inkişafına başlanğıc olduğunu qeyd edib.
R. Abdullayev ötən 14 il ərzində Azərbaycan neftçilərinin bir çox uğurlara imza atdıqlarını və böyük işlər görüldüyünü, nəhəng regional layihələrin reallaşdırıldığını vurğulayıb.
Qeyd edək ki, 20 sentyabr 1994-cü ildə «Xəzərin azərbaycan sektorunda yerləşən Azəri, Çıraq və Günəşli (dərin hissəsi) yataqlarının (AÇG) işlənməsi və hasilatın pay bölgüsü» üzrə birinci saziş imzalanıb. 1994-cü ildən bu vaxta qədər ARDNŞ və xarici neft şirkətləri arasında karbohidrogenlərin kəşfiyyatı, hasilatı və məhsulun pay bölgüsü prinsipi üzrə 26 saziş reallaşdırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR