Azərbaycanda «AÇG» yataqlar blokunda yeni qazma platformasından neft hasilatına 2013-cü ilin III rübündə başlanacaq

Azərbaycanda «AÇG» yataqlar blokunda yeni qazma platformasından neft hasilatına 2013-cü ilin III rübündə başlanacaq
# 22 sentyabr 2008 14:37 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» yataqlar blokunun işlənməsi layihəsinə daxil olan «Çıraq» layihəsi çərçivəsində ilk neft hasilatına 2013-cü ilin III rübündə başlanacaq. «APA-Economics»in məlumatına görə, bunu «BP-Azerbaijan» şirkətinin daxili layihələr üzrə direktoru İlqar Məmmədov bildirib.
İ.Məmmədovun sözlərinə görə, artıq 2009-cu ildə dəniz dibi pilətəsinin tikintisinə başlanılacaq ki, buradan öncədənqazma işləri aparılacaq: «Öncədənqazma layihəsi çərçivəsində 16 quyunun qazılması planlaşdırılır. Qazma işlərində «Dədə Qorqud» yarımdalma qazma qurğusundan istifadə olunacaq. Ümumilikdə, platformadan 45 quyu qazılacaq ki, bunlardan 28-i istismar, 17-i isə təzyiqin artırılması üçün nəzərdə tutulub. Platformadan gündəlik neft hasilatı 185 min barel, qaz hasilatı isə 60 mln. kubfut təşkil edəcək».
İ.Məmmədov həmçinin qeyd edib ki, bu ilin avqust ayında qeotexniki araşdırmalar başa çatıb və artıq dəniz dibində yerləşdiriləcək pilətənin yeri müəyyənləşdirilib. Belə ki, yeni platforma «Çıraq» və «Dərinsulu Günəşli» yataqlar arasında quraşdırılacaq. Tikinti işlərinə isə 2011-ci ildə başlanacaq. Ötən ilin məlumatlarına əsasən, Balaxanı lay dəstəsində 331 mln. barel həcmində neft ehtiyatı mövcud olub. Yeni platformanın tikintisi isə Balaxanı lay dəstəsinin işlənməsi zamanı gündəlik neft hasilatını 100 min barelə çatdıracaq. Analoji platformanın tikintisi isə 2015-ci ildə neft hasilatını daha 100 min barel artıracaq. Nəticədə, AÇQ-dən hasil olunan neft 9 mlrd. barel təşkil edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR