Gürcüstan Rusiya və Azərbaycandan elektrik enerjisinin idxalını dayandırıb

Gürcüstan Rusiya və Azərbaycandan elektrik enerjisinin idxalını dayandırıb
# 26 sentyabr 2008 08:04 (UTC +04:00)
APA-nın məlumatına görə, Gürcüstanın ESCO şirkətinin ictimaiyyətlə əlaqələr departamentinin mətbuat xidmətinin rəhbəri Ani Breqvadze həmçinin Azərbaycanla da paralel rejimdə qarşılıqlı enerji ötürmələrinin dayandırıldığını bəyan edib. Hələlik rəsmi Tiflisin bu addımının səbəbi açıqlanmır. Ani Breqvadze yalnız ölkəsinin Türkiyədən elektrik enerjisi idxalını bərpa etdiyini söyləməklə kifayətlənib. Xatırladaq ki, Gürcüstan rəsmiləri Rusiyadan elektrik enerjisinin idxalına ehtiyac duymadıqlarını dəfələrlə bəyan ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR