Avqustda Azərbaycanın regional enerji təchizatı idarələri üzrə 1 110-dan artıq elektrik enerjidən istifadə qaydalarının pozulması faktı qeydə alınıb

Avqustda Azərbaycanın regional enerji təchizatı idarələri üzrə 1 110-dan artıq elektrik enerjidən istifadə qaydalarının pozulması faktı qeydə alınıb
# 27 sentyabr 2008 10:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin avqust ayında «Azərenerji» ASC-nin regional enerji təchizatı idarələri (RET) üzrə «Elektrik enerjisindən istifadə Qaydaları»nın pozulmasına görə 1 110-dan artıq akt tərtib edilərək 13,1 mln. kVt/saatdan artıq itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilib. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Avqust ayında RET-lər üzrə İmişli RET-də 179, Gəncə RET-də 151, Mingəçevir RET-də 126, Kürdəmir RET-də 121, Lənkəran RET-də isə 109 akt tərtib edilib.
Ötən ay ən çox qayda pozuntusu Şirvan RET-in, ən az isə Şəmkir RET-in xidmət sahəsində qedə alınıb. Belə ki, bu RET-lərdə müvafiq olaraq 330 və 100-dən artıq analoji fakt baş verib.
İtirilmiş elektrik enerjisinin istehlak dəyəri 790 min manata yaxın olub və bu məbləğin 44%-ə yaxın hissəsi ödənilib. Ən çox qayda pozuntusu məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilib.
Qeyd edək ki, cari ilin yanvar-avqust ayları ərzində «Elektrik enerjisindən istifadə Qaydaları»nın pozulmasına görə 13 130-dan çox akt tərtib edilərək 69,4 mln. kVt/saatdan artıq itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR