Sumqayıt Alüminium Zavodunda ilkin alüminium istehsalı 60 min tonu ötüb

Sumqayıt Alüminium Zavodunda ilkin alüminium istehsalı 60 min tonu ötüb
# 29 oktyabr 2008 11:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-sentyabr aylarında Sumqayıt Alüminium Zavodunda ilkin alüminium istehsalı 60 min tondan çox olub. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Müəssisədə məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,5 ton artıb.
Qeyd edək ki, hazırda Azərbaycanda 425 min ton alüminium istehsalı üçün xammal sayılan giltorpaq hasil edilir. Bunun 120 min tonu Sumqayıt Alüminium Zavodunda emal olunur, qalanı isə Tacikistana ixrac edilir. Gələn il Gəncə Alüminium Zavodu işə salındıqdan sonra Azərbaycanda 300 min ton giltorpaq emal olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR