Azərbaycan Ceyhan limanından 1 mln. barel «Azeri Light» markalı növbəti xam neft partiyasının satışına dair tender keçir

Azərbaycan Ceyhan limanından 1 mln. barel «Azeri Light» markalı növbəti xam neft partiyasının satışına dair tender keçir
# 20 noyabr 2008 12:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2008-ci ilin dekabr ayının 8-9-da Ceyhan limanından (Türkiyə, Aralıq dənizi) 1 mln. barel həcmində «Azeri Light» markalı xam neft partiyasının ixracına dair marketinq sorğusu elan edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Sorğuya noyabrın 21-də yekun vurulacaq, nəticələr isə noyabrın 22-də elan olunacaq.
Qeyd edək ki, Azərbaycan nefti Ceyhan terminalına uzunluğu 1 768 km, gündəlik ötürmə gücü 1 mln. barel təşkil edən Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsi ilə nəql edilir. BTC istismara verilən gündən (2007-ci ilin iyun ayından) 2008-ci il noyabr ayının 1-ə qədər Ceyhan limanından 607 tanker vasitəsi ilə 63,9 mln. ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR