Ermənistan martda Türkiyəyə elektrik enerjisinin ixracına başlayır
24 noyabr 2008 13:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ermənistan 2009-cu ilin mart ayının 1-dən Türkiyəyə elektrik enerjisinin ixracına başlamaq niyyətindədir. «APA-Economics»in «Arka» agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ermənistanın energetika və təbii ehtiyatlar naziri Armen Movsisyan bildirib.
A.Movsisyanın sözlərinə görə, bununla bağlı Ermənistanın Energetika və Təbii Ehtiyatlar Nazirliyi və «Yüksək Gərginlikli Elektrik Şəbəkəsi» Dövlət Şirkəti ilə Türkiyənin enerji idxalı və paylanması ilə məşğul olan «Unit» şirkəti arasında müqavilə imzalanıb.
Müqavilənin şərtlərinə görə, Türkiyə tərəfi 6 ay ərzində yarımstansiyaların və elektrik ötürücü xətlərin bərpası, həmçinin elektrik enerjisinin idxalı və lisenziya məsələlərini həll etməlidir.
İlkin razılaşmaya əsasən, Ermənistan Türkiyəyə ildə 1,5 mlrd. kVt/saat elektrik enerjisi satacaq. Növbəti illərdə isə bu həcm 3,5 mlrd. kVt/saata çatdırılacaq.

Sənaye və energetika
Azərbaycanda kimya sənayesi məhsullarının istehsalı 9%-dək artıb - CƏDVƏL
14:10
14 sentyabr 2024
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər artıb
12:56
14 sentyabr 2024
Azərbaycanın neft-qaz sektoruna bu il 3,7 mlrd. manat yönəldilib
11:33
14 sentyabr 2024
Azərbaycan nefti ucuzlaşıb
10:46
14 sentyabr 2024