ARDNŞ-in ixrac etdiyi avtomobil benzinin və dizel yanacağının həcmi azalıb

ARDNŞ-in ixrac etdiyi avtomobil benzinin və dizel yanacağının həcmi azalıb
# 04 aprel 2009 08:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi cari ilin mart ayında 19 564 ton avtomobil benzini, 107 622 ton dizel yanacağı, 34 236 ton təyyarə yanacağı, 757 ton soba mazutu ixrac edib. Bu barədə APA-ya ARDNŞ-dən məlumat verilib.

Fevral ayı ilə müqayisədə ixrac edilmiş avtomobil benzinin həcmi 28%, dizel yanacağının həcmi 27,2% azalıb, təyyarə yanacağı 15%, soba mazutu isə 13 dəfə artıb.

Ümumilikdə, 2009-cu ilin yanvar-mart ayları ərzində 53 174 ton avtomobil benzini, 390 959 ton dizel yanacağı, 118 208 ton təyyarə yanacağı, 1 340 ton soba mazutu ixrac edilib. Cari ilin mart ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 442,70 dollar, təyyarə yanacağının qiyməti 421,58 dollar, dizel yanacağının qiyməti 387,70 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 251,97 dollar olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR