USAID: Azərbaycan iqtisadiyyatının neftdən asılı inkişafı sona çatır

USAID: Azərbaycan iqtisadiyyatının neftdən asılı inkişafı sona çatır
# 16 aprel 2009 12:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan iqtisadiyyatının neftdən asılı inkişafı son mərhələdədir. «APA-Economics»in məlumatına görə, bunu ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) baş iqtisadçısı Pol Devis bildirib.
«Dünya bazarlarındakı neft bumu bunu bir daha göstərdi. Bundan sonra əsas yük qeyri-neft sektorunun üzərinə düşəcək», - deyə USAİD iqtisadçısı bildirib.
P.Devisin sözlərinə görə, Azərbaycan iqtisadiyyatının uzunmüddətli inkişafı qeyri-neft sektorunun inkişafından asılıdır. Bunun üçün hökumət özəl sektora diqqəti artırmalı, özəl investorların iqtisadiyyatın müxtəlif sahələrinə cəlb edilməsinə şərait yaratmalıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR