Azərbaycan Dövlət Neft Şirkəti dənizdə yeni quyu qazmağa başlayıb

Azərbaycan Dövlət Neft Şirkəti dənizdə yeni quyu qazmağa başlayıb
# 03 dekabr 2009 12:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Kompleks Qazma İşləri Trestinin «Bayıl Limanı» Dəniz Qazma İşləri İdarəsi «Neft Daşları» yatağındakı 1887 nömrəli platformadan yeni quyunun qazmasına başlayıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan 1617 nömrəli həmin quyunun layihə dərinliyi 2420 metrdir. Quyu «Neft Daşları» Neft və Qazçıxarma İdarəsi tərəfindən istismar olunacaq. Geoloqların hesablamalarına görə, quyudan sutkada təxminən 30 ton neft hasil ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR