AİB-in energetika missiyası Azərbaycana gəlir

AİB-in energetika missiyası Azərbaycana gəlir
# 10 dekabr 2009 07:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Asiya İnkişaf Bankının (AİB) energetika missiyası Azərbaycana səfər edəcək.

AİB-in Bakı ofisindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlcə bankın energetika sahəsi üzrə aparıcı məsləhətçisi Martin Endelman dekabrın 10-da Azərbaycana gələcək. Onun səfəri dekabrın 15-dək davam edəcək. Dekabrın 13-də isə AİB-in energetika sahəsi üzrə digər məsləhətçisi xanım Kleo Kavavakinin Azərbaycana səfəri başlayacaq və səfər dekabrın 19-dək davam edəcək: «Səfər çərçivəsində AİB-in nümayəndələri «Azərenerji» ASC-də görüşlər keçirəcək, ölkədə həyata keçirilən enerji layihələri üzrə danışıqlar aparacaq».

Qeyd edək ki, dekabrın 13-18-də həmçinin AİB-in Mərkəzi və Qərbi Asiya departamentinin energetika və təbii sərvətlər üzrə direktoru Pil-Bey Sonq da Azərbaycana səfər edəcək.

Xatırladaq ki, hazırda AİB Azərbaycanda həyata keçirilən «Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması layihəsi»ni maliyyələşdirir. Layihənin ümumi dəyəri 240 mln. ABŞ dolları təşkil edir, vəsaitin 160 mln. dollarını AİB, 80 mln. dollarını isə «Azərenerji» ASC ayırıb. AİB-in krediti iki dövriyyəli 220 kV-luq ötürücü xəttin və bu xəttin üzərində olan yarımstansiyaların qurulmasına sərf olunacaq. Nəticədə “Azərenerji” ASC tərəfindən 60 ildən artıq istismar olunan mövcud iki xətt yenisi ilə əvəz ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR