Rövnəq Abdullayev: “Azərbaycan və Türkiyə arasında təbii qazın qiyməti məsələsində yaxınlaşmalar var”

Rövnəq Abdullayev: “Azərbaycan və Türkiyə arasında təbii qazın qiyməti məsələsində yaxınlaşmalar var”
# 12 dekabr 2009 11:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan və Türkiyə arasında təbii qazın alqı-satqısında müəyyən yaxınlaşmalar müşahidə olunur. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, artıq tərəflər arasında «mavi yanacağın» qiyməti ilə bağlı yaxınlaşmalar var: «Qiymətdə, həmçinin müqavilənin imzalanması və şərtlərində Azərbaycan və Türkiyə arasında yaxınlaşmalar var ki, bununla bağlı hər iki tərəfin mütəxəssisləri birgə işlər aparır».

Qeyd edək ki, «Şahdəniz» layihəsinin I fazası çərçivəsində hasil edilən təbii qaz Türkiyəyə 120 dollar/1000 kubmetr qiyməti ilə satılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR