Azərbaycan paytaxtında noyabrda 481 qazdan qanunsuz istifadə faktı aşkarlanıb

Azərbaycan paytaxtında noyabrda 481 qazdan qanunsuz istifadə faktı aşkarlanıb
# 15 dekabr 2009 13:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bakı şəhəri Qaz İstismarı İdarəsi qaz itkisinin qarşısının alınması məqsədilə müvafiq tədbirlər həyata keçirir.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, təkcə bu ilin noyabr ayı ərzində Bakının Suraxanı, Yasamal, Əzizbəyov, Xətai, Binəqədi, Sabunçu, Səbail və Nizami rayonlarında 481 ünvana baxış keçirilib, 370 təbii qazdan qeyri-qanuni istifadə halları aşkar edilib. Təbii qazdan qeyri-qanuni istifadə edilən ünvanların qaz xətləri ləğv edilib. Dəymiş ziyanın ödənilməsi ilə bağlı abonentlərə xəbərdarlıq edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR