Azərbaycanda işıq pulunun ödəniş səviyyəsi noyabrda 81%-i ötüb

Azərbaycanda işıq pulunun ödəniş səviyyəsi noyabrda 81%-i ötüb
# 17 dekabr 2009 08:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin noyabr ayında Azərbaycanda abonentlərə satılmış elektrik enerjisinin dəyərinin ödəmə göstəricisi 81,4%, yanvar-noyabr aylarında isə 87,9% təşkil edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Noyabr ayında enerji haqqının ödənilməsi üzrə ən yüksək göstərici Mingəçevir şəhəri (104,1%), Şirvan şəhəri (103,1%) və Tovuz rayonu (103%), ən aşağı göstərici isə Dəvəçi (54%), Xaçmaz (53,8%) və Quba (50,9%) rayonlarında qeydə alınıb.

Yanvar-noyabr aylarında ən yüksək göstərici Hacıqabul rayonu (109,4%), Şirvan şəhəri (107,2%), Mingəçevir şəhəri (105,1%), ən aşağı göstərici isə Xaçmaz (70,8%), Ağdam (69,4%) və Quba (67,8%) qeydə alınıb.

Hesabat dövründə Bakı şəhərinin rayonları üzrə ümumi ödəniş faizi 89% təşkil edib. İstehlak edilmiş elektrik enerjisinin dəyərinin ödənilməsinə görə paytaxtın rayonları arasında ən yüksək göstərici 98,5%-lə Nizami, ən aşağı göstərici isə 73,9%-lə Sabunçu rayonunda olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR