Azərbaycanın sənaye sektorunda elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi sahəsində istehsal 10% azalıb

Azərbaycanın sənaye sektorunda elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi sahəsində istehsal 10% azalıb
# 22 dekabr 2009 09:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk on bir ayı ərzində Azərbaycanda sənayedə elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsinin xüsusi çəkisi 5,3% təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu sahədə elektrik enerjisi istehsalının azalması səbəbindən sənaye məhsulunun həcmi əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 10% azalıb və 1 043,2 mln. manat təşkil edib.

Hesabat dövründə ölkədə 16 mlrd. kVt/saat elektrik enerjisi istehsal olunub, onun 12,4%-i su elektrik stansiyalarının, 87,6%-i isə istilik elektrik stansiyalarının payına düşüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR