Gürcüstanda “KazTransQaz”ın 18 əməkdaşı həbs edilib - YENİLƏNİB

Gürcüstanda “KazTransQaz”ın 18 əməkdaşı həbs edilib - <font color=red>YENİLƏNİB</font>
# 25 dekabr 2009 10:16 (UTC +04:00)
Tiflis. Nino Jvaniya – APA. Bu gün Gürcüstan Daxili İşlər Nazirliyinin Konstitusiya təhlükəsizliyi departamentinin əməkdaşları “KazTransQaz”da xüsusi əməliyyat keçirib.

APA-nın Gürcüstandakı xüsusi müxbirinin məlumatına görə, əməliyyat zamanı 18 nəfər, o cümlədən bir qadın həbs olunub. Onların hamısı Gürcüstan vətəndaşlarıdır.

Saxlanılan şəxslərə qarşı maliyyə maxinasiyaları və rüşvətxorluqla bağlı ittihamlar irəli sürülüb. Bu gün saat 15:00-da Gürcüstan DİN-də hadisə ilə bağlı mətbuat konfransı keçiriləcək və əməliyyatın detalları açıqlanacaq.

Qeyd edək ki, 2006-cı ildə müflis olmuş “Tbilqaz” hökumət tərəfindən hərraca çıxarılıb. 12,5 mln. dollar ödəyən Qazaxıstan şirkəti Tbilisi qazpaylayıcı şəbəkəsini alıb.

Şirkətin sərəncamında 2000 km qaz kəməri, 230 min müştəri, 4700 kommunal abonent və 600 iri sənaye müəssisəsi var. Proqrama əsasən, “KazTransQaz” 4 il ərzində 82 mln. dollar sərmayə qoymalı və 2011-ci ilə qədər Tiflisin qazpaylayıcı şəbəkəsini bərpa etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR