ARDNŞ Pirallahı adasının inkişafı və abadlaşdırılmasına dair proqram hazırlayıb

ARDNŞ Pirallahı adasının inkişafı və abadlaşdırılmasına dair proqram hazırlayıb
# 26 dekabr 2009 11:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Pirallahı adasının inkişafı və abadlaşdırılmasına dair proqram hazırlayıb. «APA-Economics»in məlumatına görə, bu barədə ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, adanın inkişafı və abadlaşdırılması məsələləri ARDNŞ-də keçirilən müşavirədə müzakirə olunub.

R. Abdullayev onu da qeyd edib ki, 15 minə yaxın əhalisi olan Pirallahı adasında, əsasən neftçilər yaşayır: “ARDNŞ onlar üçün hər cür şərait yaradılmasına çalışır. Məqsədimiz burada neft hasilatını artırmaq və ekeloji cəhətdən təmiz ada yaratmaqdır. Adanı elə inkişaf etdirməliyik ki, neft hasilatı bitəndən sonra buradan turizm məqsədilə istifadə etmək mümkün olsun».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR