«Azəriqaz» gücləndirilmiş iş rejiminə keçib

«Azəriqaz» gücləndirilmiş iş rejiminə keçib
# 28 dekabr 2009 13:48 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar bu gündən gücləndirilmiş iş rejiminə keçib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Bayram günlərində əhalinin texnoloji rejimə uyğun olaraq fasiləsiz təbii qazla təmin edilməsi məqsədi ilə nəql olunan qazın təzyiqi artırılıb. Eləcə də baş verə biləcək hadisələrin qarşısının alınması üçün müvafiq tədbirlər görülüb. Bayram ərəfəsində ölkənin bütün Qaz İstismar Sahələrində sutkanın 24 saatını əhatə etməklə növbətçilik sistemi yaradılıb. Həmçinin borclu abonentlərin qaz təminatının dayandırılması prosesi təxirə salınıb.

Bununla yanaşı, «Azəriqaz» İB borclu abonentlərə xəbərdarlıq edir ki, istifadə etdikləri təbii qazın dəyərini vaxtında ödəməyəcəkləri təqdirdə, yanvar ayının 5-dən etibarən onların qaz təchicatı dayandırılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR