Ağdaş, Ucar və Yevlax rayonlarının bir sıra yaşayış məntəqələrinə təbii qazın verilişi bərpa olunacaq

Ağdaş, Ucar və Yevlax rayonlarının bir sıra yaşayış məntəqələrinə təbii qazın verilişi bərpa olunacaq
# 28 dekabr 2009 14:32 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Yaxın günlərdə Azərbaycanın Ağdaş, Ucar və Yevlax rayonlarının bir sıra yaşayış məntəqələrinə təbii qazın verilişi bərpa olunacaq. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Şirkətdən bildirilib ki, «Azəriqaz» İstehsalat Birliyi tərəfindən dekabrın 27-də Yevlax rayonunun Tanrıqullar kəndinə təbii qazın verilişi uzun fasilədən sonra bərpa olunub. Yeni təqvim ilinin başlanmasına qədər isə rayonun daha iki kəndinə – Hürüuşağı və Boşçalı kəndlərinə təbii qazın verilməsi nəzərdə tutulub.

Bundan başqa, yaxın günlərdə Ağdaş rayonunun Xosrov və Ucar rayonunun Lək kəndlərinə də təbii qazın verilişi bərpa olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR