ARDNŞ Lökbatan-Puta-Quşxana sahələrində 2D seysmik işlərin emal və interpretasiyasını başa çatdırıb

ARDNŞ Lökbatan-Puta-Quşxana sahələrində 2D seysmik işlərin emal və interpretasiyasını başa çatdırıb
# 12 yanvar 2010 15:31 (UTC +04:00)
Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Geofizika və Geologiya İdarəsinin (GGİ) Kəşfiyyatgeofizika idarəsi tərəfindən Lökbatan-Puta-Quşxana sahələrində yerinə yetirilən 2D seysmik işlərin emal və interpretasiyası başa çatdırılıb. Bu barədə «APA-Economics»ə GGİ-dən məlumat verilib.

Quyu və seysmik məlumatların kompleks təhlili nəticəsində Lökbatan-Puta-Quşxana yataqlarının və həmtəmas sahələrin geoloji quruluşu dəqiqləşdirilib. Həmçinin məhsuldar qatın müxtəlif horizontları və onu döşəyən (Diatom) çöküntülər üzrə struktur xəritələr qurulub.

İdarədən verilən məlumata görə, alınmış nəticələr məhsuldar qatın aşağı horizontları və Diatom çöküntülərinin neftlilik-qazlılıq perspektivliyi ilə əlaqədar gələcəkdə aparılacaq axtarış-qazıma işləri üçün zəmin yaradır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR