Azərbaycan prezidenti neftçi-alimin 80 illik yubiley mərasimində iştirak edib

Azərbaycan prezidenti neftçi-alimin 80 illik yubiley mərasimində iştirak edib
# 14 yanvar 2010 19:08 (UTC +04:00)
APA-nın “Azərtac” Dövlət Agentliyinə istinadən verdiyi məlumata görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev yubilyarı təbrik edib, ölkədə neft-qaz yataqlarının kəşf edilməsi və işlənilməsində, neft emalı sənayesinin inkişafında, Xəzər dənizindəki genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla həyata keçirilməsində Xoşbəxt Yusifzadənin böyük xidmətlərini xatırladıb.

Prezident qeyd edib ki, Xoşbəxt Yusifzadənin elmi yaradıcılığı neft və qaz sənayesinin aktual problemlərinin həllinə, neft-qaz geologiyasının inkişafına, yataqların işlənilməsinə və geofiziki axtarış üsullarının təkmilləşdirilməsinə dəyərli töhfə olub.

Prezident Azərbaycanda neft sənayesinin və elminin inkişafında böyük xidmətlərinə görə yubilyara “Şərəf” ordenini təqdim edib.

X. Yusifzadə isə diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq edib.

Daha sonra X. Yusifzadənin həyat yoluna həsr olunmuş film nümayiş etdirilib.

Mərasim konsert proqramı ilə başa çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR