Sumqayıtda əhali istehlak etdiyi təbii qazın dəyərini 99,6% ödəyib

Sumqayıtda əhali istehlak etdiyi təbii qazın dəyərini 99,6% ödəyib
# 15 yanvar 2010 08:09 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın Sumqayıt şəhərində 2009-cu ilin dekabr ayında güzəştsiz əhali kateqoriyası üzrə təbii qaz dəyərinin ödənişi 99,6% təşkil edib. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Dekabr ayı ərzində Sumqayıt şəhərinin güzəştsiz əhali qrupu tərəfindən 572 593,90 manat dəyərində, 5 725,9 min kubmetr həcmində təbii qaz istifadə edilib. Ödənişdə 46 740 nəfər abonent iştirak edib.

Qeyd edək ki, hazırda Sumqayıt şəhərinin güzəştsiz əhali kateqoriyası üzrə təbii qazla təmin olunan abonentlərin sayı 64 256 nəfərdir. Şəhər üzrə ümumilikdə 60 306 ədəd qaz sayğacı quraşdırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR