Azərbaycan şirkətləri Gürcüstanda “İlin ən uğurlu şirkətləri” mükafatına layiq görülüb

Azərbaycan şirkətləri Gürcüstanda “İlin ən uğurlu şirkətləri” mükafatına layiq görülüb
# 19 yanvar 2010 16:56 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Tiflisdə Gürcüstanda nəşr olunan illik “Saxelebi” (Adlar) publisistik-ensiklopedik jurnalının təsis etdiyi “İlin ən uğurlu şirkətləri” nominasiyası üzrə qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

APA-nın məlumatına görə, 26 nominasiya üzrə təqdim olunan mükafata Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətləri - “SOCAR-Georgia“ Neft Şirkəti və Kulevi Neft Terminalı layiq görülüb.

Kulevi Neft Terminalın direktoru Kərim Quliyev APA-ya bildirib ki, mükafat terminalın bütün ekoloji standartlarına uyğun gəldiyinə görə şirkətə təqdim edilib.

Tədbirin sonunda gürcü rəssamlarının rəsmləri hərraca çıxarılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR