Azərbaycan Dövlət Neft Şirkəti «8 Mart» qaz yatağında yeni quyu qazmağa başlayıb

Azərbaycan Dövlət Neft Şirkəti «8 Mart» qaz yatağında yeni quyu qazmağa başlayıb
# 21 yanvar 2010 10:54 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) «8 Mart» yatağındakı 730 nömrəli platformadan 731 saylı istismar quyusunu qazmağa başlayıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Quyunun layihə dərinliyi 5800 metrdir və qazkondensatla zəngin VIII horizonta çıxarılması planlaşdırılır. Qazma işlərini yeni yaradılmış «Sahil» Kompleks Qazma Tresti həyata keçirir.

Quyudan yaxşı nəticə əldə olunduğu halda, platformadan 732 saylı quyunun da qazılması nəzərdə tutulur.

Qeyd edək ki, «Nərimanovneft» NQÇİ tərəfindən istismar edilən «8 Mart» yatağı 1984-cü ildə istismara açılıb. Ötən dövr ərzində burada qazılmış 7 yüksəkdebitli quyudan hazırda sutkada 350-400 min kubmetr qaz hasil olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR