Azərbaycan «Köhnəmədən» filiz sahələrində quyuların qazılmasına dair tender keçirir

Azərbaycan «Köhnəmədən» filiz sahələrində quyuların qazılmasına dair tender keçirir
# 06 aprel 2010 09:46 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Azerbaijan International Mineral Resources Operating Company» (AIMROC) şirkəti «Köhnəmədən» filiz sahələrində (Qərbi Azərbaycan) 50 min paqon metr həcmində almaz koronkalarla tam kern götürülməsi üçün quyuların qazılmasına dair tender keçirir. Bu barədə «APA-Economics»ə şirkətin tender komissiyasından məlumat verilib.

Quyunun qazılması üzrə verilən proqram «Köhnəmədən» yatağının geoloji, geotexniki və metallurji qiymətləndirilməsində istifadə ediləcək.

Tenderdə Azərbaycanda və ya Azərbaycanın diplomatik əlaqələri olan digər ölkələrdə qeydiyyata alınmış şirkətlər iştirak edə bilər. Ərazidə işlərin cari ilin iyul ayında başlanması və 12 ay davam etməsi planlaşdırılır.

Tender təklifinin qiymətləndirilməsi 1 metr qazma işlərinin qiyməti, avadanlığın texniki vəziyyəti, işçi heyətinin təcrübəsi, işə səfərbərlik müddəti, kernin çıxışının zəmanəti kimi meyarlara əsasən müəyyən ediləcək.

İddiaçılar təkliflərini mayın 14-dək AIMROC şirkətinin Bakı ofisinə (Bakı şəhəri, Atatürk prospekti,48a; tel: (994 12) 561 9038) təqdim edə bilərlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR