Azərbaycanın sənaye və energetika naziri Rumıniyaya səfər edəcək

Azərbaycanın sənaye və energetika naziri Rumıniyaya səfər edəcək
# 07 aprel 2010 09:53 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Sənaye və Energetika Nazirliyi mətbuat xidmətinin rəhbəri Azər Mənsimli məlumat verib.

Onun sözlərinə görə, səfər çərçivəsində Azərbaycan, Gürcüstan və Rumıniya arasında qaz təchizatına dair üçtərəfli anlaşma memorandumu imzalanacaq. Memoranduma əsasən, Azərbaycan qazı Gürcüstan ərazisində, Qara dəniz limanlarının birində inşa olunacaq qaz emalı zavodunda sıxılacaq və daha sonra tankerlər vasitəsilə Rumıniyaya nəql olunacaq. Bundan başqa, Konstansda (Rumıniyada) sıxılmış qaz terminalının tikintisi nəzərdə tututlur: «Təbii qazın Rumıniyaya hansı həcmdə və hansı qiymətlə satılacağı işçi qrupunun apardığı araşdırmalardan sonra müəyyənləşəcək».

Qeyd edək ki, Gürcüstan mətbuatının yaydığı məlumata əsasən, Gürcüstan və Rumıniyada müvafiq infrastrukturun yaradılması layihəsinin ümumi dəyəri 4-6 mlrd. avro məbləğində qiymətləndirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR