Türkiyədən Naxçıvana qaz kəməri inşa olunacaq

Türkiyədən Naxçıvana qaz kəməri inşa olunacaq
# 07 aprel 2010 11:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın Naxçıvan Muxtar Respublikasına (NMR) Türkiyədən qaz kəməri çəkiləcək. «APA-Economics»in bildirdiyinə görə, bu barədə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev məlumat verib.

R.Abdullayevin sözlərinə görə, bununla da NMR iki istiqamətdən (digəri İrandan) təbii qazla təmin olunacaq.

ARDNŞ prezidenti Naxçıvanda qaz anbarının tikintisi istiqamətində işlərin aparıldığını, bununla bağlı ARDNŞ-in Elmi Tədqiqat Layihə İnstitutu ilə Almaniya şirkətləri arasında müqavilə bağlanıldığını qeyd edib. ARDNŞ prezident onu da əlavə edib ki, Almaniyanın RWE və EON şirkətləri Naxçıvanda belə bir anbarın tikintisinə və istismarına maraq göstərir.

Qeyd edək Ki, hazırda Azərbaycanda iki yeraltı qaz anbarı – Qalmaz və Qaradağ mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR