Azərbaycan yanvar-mart aylarında elektrik enerjisi istehsalını 9% azaldıb

Azərbaycan yanvar-mart aylarında elektrik enerjisi istehsalını 9% azaldıb
# 09 aprel 2010 11:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Cari ilin mart ayında Azərbaycanın enerji sistemində 1,8 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da 2009-cu ilin mart göstəricisi ilə müqayisədə 5,3% azdır.

«Azəreneji» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 1,4 mlrd. kVt/saat, su elektrik stansiyalarının (SES) payına isə 0,4 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsalı düşüb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə İES üzrə istehsalın həcmi 17% azalıb, SES üzrə isə 2 dəfə artıb.

«Azəreneji»dən bildirilib ki, cari ilin birinci rübündə enerji sistemində 5,3 mlrd. kVt/saatdan çox elektrik enerjisi istehsal edilib. Bu, 2009-cu ilin yanvar-mart ayları ilə müqayisədə 8,6% azdır. Bu həcmdən 4,4 mlrd. kVt/saat (azalma - 17%) İES-lərin və 0,9 mlrd. kVt/saat isə (artım - 80%) SES-lərin payına düşüb.

Bunula yanaşı, ay ərzində qonşu dövlətlərlə (Rusiya, İran, Türkiyə və Gürcüstan) elektrik enerjisi mübadiləsi davam etdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR