Rövnəq Abdullayev: 2011-ci ildə Lənkəranın bütün yaşayış məntəqələri təbii qazla tam təchiz ediləcək

Rövnəq Abdullayev: 2011-ci ildə Lənkəranın bütün yaşayış məntəqələri təbii qazla tam təchiz ediləcək
# 10 aprel 2010 17:56 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev– APA. Aprelin 10-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev ölkənin cənub bölgəsinə səfər edib.

APA-nın yerli bürosunun məlumatına görə, bölgəyə səfəri çərçivəsində Lənkəranda olan ARDNŞ prezidenti jurnalistlərə müsahibəsində ölkə başçısı İlham Əliyevin tapşırığı ilə respublika regionlarının təbii qazla təchiz edilməsi ilə bağlı xüsusi proqramın həyata keçirildiyini, yaxın bir neçə il ərzində qazlaşdırmanın ölkə üzrə 95 faizə çatdırılacağını bildirib.

«Cari ilin sonunadək Lənkəran şəhərinin, 2011-ci ildə isə rayonun bütün yaşayış məntəqələrinin Lerik rayonun Piran kəndinədək təbii qazla tam təchiz edilməsi nəzərdə tutulub», - deyə şirkət prezidenti bildirib.

Bu məqsədlə “Azəriqaz” İstehsalat Birliyinin tikinti briqadalarının hazırda yeni qaz xətlərinin çəkilişi ilə ciddi məşğul olduğunu qeyd edən R.Abdullayev Azərbaycanın qaz idxalçısından qaz ixrac edən ölkəyə çevrildiyini, qonşu ölkələrə təbii qaz ixrac edilməsi istiqamətində bir sıra digər layihələrin də işləndiyini diqqətə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR