Martda Bakı-Ceyhan kəmərilə 3 mln. tondan artıq Azərbaycan nefti nəql olunub

Martda Bakı-Ceyhan kəmərilə 3 mln. tondan artıq Azərbaycan nefti nəql olunub
# 12 aprel 2010 14:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin mart ayı ərzində Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 3,08 mln. ton Azərbaycan nefti nəql olunub. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Cari ilin yanvar-mart aylarında bu kəmərlə 8,8 mln. ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2010-cu ilin aprel ayının 1-ə qədər BTC-yə 115,3 mln. ton neft vurulub.

Bununla yanaşı, mart ayı ərzində Türkiyənin Ceyhan limanından 2,84 mln. ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb. Cari ilin yavar-mart aylarında isə bu göstərici 8,2 mln. ton təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2010-cu ilin aprel ayının 1-ə qədər Ceyhan limanından 112,8 mln. ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Qeyd edək ki, Azərbaycan nefti Türkiyənin Ceyhan limanına uzunluğu1 769 km olan BTC kəməri vasitəsi ilə nəql edilir. Kəmərə ilk neft 2005-ci il may ayının 25-də vurulub və ilk neft Türkiyənin Ceyhan limanına 2006-cı il may ayının 28-də çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR