«Azəriqaz» Ucar rayonunun qaz təchizatı sistemində təmir-tikinti işləri aparır

«Azəriqaz» Ucar rayonunun qaz təchizatı sistemində təmir-tikinti işləri aparır
# 14 aprel 2010 07:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi Ucar rayon mərkəzinin qaz təchizatı sistemində mövcud problemləri aradan qaldırmaq üçün tədbirlər həyata keçirir. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Tədbirlər planı çərçivəsində Ucar rayon mərkəzinin Dədə Qorqud küçəsində yerləşən binaların təbii qazla təchizatını yaxşılaşdırmaq məqsədi ilə əlavə qidalandırıcı qaz xətti çəkilib, qaz təminatı ilə bağlı bir çox başqa işlər reallaşdırılıb. Ucar şəhəri ərazisində vaxtı ilə fəaliyyət göstərmiş beton zavodu ərazisində tikilmiş yaşayış binalarının mavi yanacaqla təmin edilməsi məqsədi ilə yeni qaz xətti çəkilib. Ötən ilin sonlarında Firdovsi və 20 Yanvar küçələrindən keçən korroziyaya uğramış 2 qaz borusu yenisi ilə əvəz olunub.

Ucar Qaz İstismar Sahəsi hazırda 20 Yanvar küçəsindən keçən orta təzyiqli qaz kəmərlərinin dəyişdirilməsini bu ilin sonuna qədər başa çatdırmağı planlaşdırır. Bu il həmçinin xidmət ərazisində yerləşən Rəstəcə, Gəraybəyli və Qarabörk kəndlərində də qaz xətlərinin yenidən qurulması, köhnə xətlərin yeniləri ilə əvəz edilməsi və lazımi təmir-bərpa işlərinin aparılması gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR