Azərbaycanda iki il sonra Euro-3 ekoloji standartı tətbiq olunacaq

Azərbaycanda iki il sonra Euro-3 ekoloji standartı tətbiq olunacaq
# 16 aprel 2010 14:21 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti Davud Məmmədov bildirib.

D.Məmmədov vurğulayıb ki, hazırda ölkədə istehsal olunan yanacaq Euro-2 standartlarına tam cavab verir.

Eyni zamanda, daha yüksək pilləli olan Euro-4, Euro-5 və dünyada tətbiqi nəzərdə tutulan Euro-6 ekoloji standartlara cavab verən yanacağın istehsalı isə Azərbaycanda hazırda mümkün deyil. Buna mövcud istehsal gücləri imkan vermir. Belə ki, hazırda Azərbaycanda fəaliyyət göstərən neft emalı zavodlarının hər ikisinin ilk növbədə ərazi baxımından inkişaf etmək imkanları məhduddur. Bundan başqa, həmin standartlara cavab verən yanacağın istehsalına keçmək üçün külli miqdarda investisiya tələb olunur. Lakin D.Məmmədov əsas kimi bunu amili deyil, zavodların məhz ərazi baxımından genişlənməsi imkanların məhdud olmasını qeyd edib.

Xatırladaq ki, artıq bu ilin iyul ayının 1-dən etibarən ölkədə Euro-2 standartı əsasında avtomobil idxalının məhdudlaşdırılması planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR