Bu ilin birinci rübündə Sumqayıtda ümumi məhsul buraxılışı iki dəfə artıb

Bu ilin birinci rübündə Sumqayıtda ümumi məhsul buraxılışı iki dəfə artıb
# 21 aprel 2010 07:21 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov - APA-Economics. Cari ilin yanvar-mart ayları ərzində Azərbaycanın Sumqayıt şəhəri üzrə ümumi məhsul buraxılışı 135 mln. manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun payı 60% təşkil edib. Şəhər iqtisadiyyatında əhəmiyyətli paya malik olan sənaye sahələrində istehsal olunmuş məhsulların həcmi isə ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə artaraq 90 mln. manat olub. İstehsal olunmuş sənaye məhsullarının əksəriyyəti istehlakçılara göndərilib.

Ümumilikdə son 7 ildə şəhər üzrə məhsul buraxılışı və sənaye xarakterli xidmətlərin həcmi 2,6 mlrd. manatdan çox olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR