ARDNŞ-nin Ekologiya İdarəsində “Qaynar xətt” yaradılıb

ARDNŞ-nin Ekologiya İdarəsində “Qaynar xətt” yaradılıb
# 26 aprel 2010 12:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsində “Qaynar xətt” yaradılıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-in Ekologiya İdarəsindən məlumat verilib.

“Qaynar xətt”in yaradılmasında məqsəd ARDNŞ-in “Ekoloji təbliğat və maarifləndirməyə dair Tədbirlər Planı”na uyğun olaraq ictimaiyyətin ekoloji məsələlərlə bağlı sorğularının tez cavablandırılması, şirkətin obyektlərinin ərazisində baş verən, operativ həlli zəruri olan ekoloji qəza halları haqqında məlumatların alınması və aidiyyəti qurumlara çatdırılmasıdır.

İctimaiyyətin, kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının nümayəndələrindən “Qaynar xətt” xidmətinə daxil olan sorğular, məlumatlar bu məqsədlə ayrılmış xüsusi kitabda qeydiyyatdan keçirilir və mahiyyəti üzrə cavablandırılacaq.

“ARDNŞ-nin qaynar xətti” xidməti Ekologiya İdarəsinin Xarici əlaqələr şöbəsində fəaliyyət göstərəcək. Sorğular hər gün (+994 12) 418-07-97 nömrəli telefonla (Qaynar xətt) qəbul olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR