Azərbaycan Dövlət Neft Şirkəti apreldə 10 847 metr qazma işi həyata keçirib

Azərbaycan Dövlət Neft Şirkəti apreldə 10 847 metr qazma işi həyata keçirib
# 05 may 2010 14:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin aprel ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla 10 847 metr qazma işi həyata keçirilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Bu sahədə görülmüş işlərin 10 304 metri istismara, 543 metri kəşfiyyata aid olub. Həyata keçirilmiş kəşfiyyat qazmasının 170 metri isə struktur axtarış qazması təşkil edib.

Ümumilikdə, 2010-cu ilin yanvar-aprel aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 45 448 metr qazma işi görülüb ki, bunun da 43 810 metri istismara, 1 638 metri kəşfiyyata (o cümlədən, 400 metr struktur axtarış qazması) aid olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR