“Global PFC Energy”nin baş direktoru Culiya Nanay: “Türkmənistan Transxəzər boru kəməri ilə avropalı alıcılara qaz satmaq barədə razılığa gəlməli olacaq”

“Global PFC Energy”nin baş direktoru Culiya Nanay: “Türkmənistan Transxəzər boru kəməri ilə avropalı alıcılara qaz satmaq barədə razılığa gəlməli olacaq”
# 29 may 2010 10:17 (UTC +04:00)
- Sizcə Xəzər regionunda əsas enerji təchizatçısı kimdir? Azərbaycanın bu rəqabətdə əsas mövqeyi necədir?

- Dünyanın ən böyük neft istehsalçısı Səudiyyə Ərəbistanı ilə Rusiyadır. Rusiya faktiki olaraq Xəzər regionunda əsas neft və qaz hasilatçısı və ixracatçısıdır. Qazaxıstan regionun ən böyük neft və qaz hasilatçısı və ixracatçısı kimi isə 3-cü yerdədir. Azərbaycan isə 4-cü yerdədir. Türkmənistanın bu il Rusiyaya qaz satışının həcmi aşağı düşdüyündən qaz hasilatı və ixracatı zəifləməsinə baxmayaraq, Rusiyadan sonra ən böyük qaz istehsalçısı və ixracatçısıdır. Lakin, Türkmənistan İrana qaz satışını artırır və bir neçə il içində Çinə qaz satışını artıracaq.

- Azərbaycan və Türkiyə yaxın zamanlarda mavi yanacağın satışına dair müqavilə imzalayacaqlar. Bundan sonra Nabucco layihəsinin reallaşması istiqamətində növbəti addım necə olacaq? Məsələn, ABŞ həmişə qeyd edib ki, Türkiyə və Azərbaycan Türkmənistanın Avropa qaz təchizatı layihəsinə daxil olmasını müdafiə edir.

- İyunda Azərbaycan və Türkiyə Avropaya qaz nəqli və qiymətləri barədə saziş imzalamağa hazırlaşırlar. Türkmənistan Transxəzər boru kəməri ilə avropalı alıcılara qaz satmaq barədə razılığa gəlməli olacaq. Azərbaycan qeyd edib ki, öz qazını daha çox pul gətirən layihələrə satacaq.

- ABŞ Avropanın enerji təchizatının diversifikasiyasında maraqlı olduğunu bəyan edir. Ancaq eyni zamanda ABŞ regionda Rusiyanın da iştirak edə biləcəyi layihələrin olmasını istəyir.

- ABŞ Azərbaycandan və nəhayət Türkmənistandan İrandan yan keçməklə qaz nəql edəcək boru kəmərləri layihələrini dəstəkləyir. Rusiyanın İran sanksiyalarını dəstəkləməsi ilə əlaqədar, Rusiya qazını bu siyahıya daxil etmək daha çox siyasi qərar idi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR