Azərbaycan Dövlət Neft Şirkəti Şimali Amerikada fəaliyyətini genişləndirəcək

Azərbaycan Dövlət Neft Şirkəti Şimali Amerikada fəaliyyətini genişləndirəcək
# 04 iyun 2010 06:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Şimali Amerikada fəaliyyətini genişləndirmək niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bildirib.

Onun sözlərinə görə, hazırda ARDNŞ bir neçə ölkə ilə əməkdaşlıq edir, investisiya yatırır, karbohidrogen məhsulları ixrac edir. Bununla yanaşı, şirkətin xarici ölkələrdə bir neçə nümayəndəliyi də fəaliyyət göstərir: «Yaxın gələcəkdə biz Şimali Amerikada fəaliyyətimizi genişləndirmək niyyətindəyik».

V.Bəylərbəyov onu da qeyd edib ki, hazırda ARDNŞ dünyanın 50 ən iri sənaye şirkətinin siyahısına daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR