Azərbaycan və Qazaxıstan Transxəzər layihəsinin texniki-iqtisadi əsaslandırılması üzrə müsabiqə elan edib

Azərbaycan və Qazaxıstan Transxəzər layihəsinin texniki-iqtisadi əsaslandırılması üzrə müsabiqə elan edib
# 09 iyun 2010 09:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və Qazaxıstanın «KazMunayQaz» şirkətinin törəmə müəssisəsi olan «KMG-Transcaspian» şirkəti tərəfindən birgə yaradılmış konsorsium Transxəzər layihəsinin texniki-iqtisadi əsaslandırılması üzrə müsabiqə elan edib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən şirkətlər Transxəzər layihəsinin rəsmi internet saytında (www.transcaspianproject.com) qeydiyyatdan keçməklə şərtlər və prosedur qaydaları ilə tanış ola bilər. Təkliflər bu ilin iyulun 14-dək təqdim olunmalıdır.

Qeyd edək ki, müsabiqəyə əsasən, Transxəzər sistemi ilə neftin nəqli layihəsinin texniki-iqtisadi əsaslandırması hazırlanmalıdır. Layihə Qazaxıstandakı «Kaşaqan», «Karaçaqanak» və «Tengiz» yataqlarından hasil olunan neftin Kurık limanından (Qazaxıstan) Bakıya nəqlini, daha sonra isə Bakı-Tiflis-Ceyhan boru kəməri vasitəsilə göndərilməsini nəzərdə tutur. Bununla yanaşı, xam neftin Bakıdan Gürcüstanın Qara dənizdəki limanları vasitəsilə də nəqli mümkündür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR