Rusiya Belarusa ultimatum verib

Rusiya Belarusa ultimatum verib
# 16 iyun 2010 08:17 (UTC +04:00)
Bakı - APA-Economics. Belarus beş gün ərzində Rusiyadan aldığı qaza görə borcunu ödəməlidir. “APA-Economics”in “İnterfax”a istinadən məlumatına görə, bu bəyanatı Rusiya prezidenti Dmitri Medvedev “Qazprom”un rəhbəri Aleksey Millerlə görüşündə səsləndirib.

D.Medvedev A.Millerə Belarus tərəfi ilə əlaqə saxlamağı və qısa müddət ərzində Rusiyaya olan borcun ödənilməsini təklif etməyi tapşırıb: “Əgər borc ödənilməsə, o zaman sərt tədbirlər görmək lazım gələcək”.

Öz növbəsində A.Miller qeyd edib ki, rəsmi Minsk Rusiyaya olan borcunu ödəməkdən imtina etsə, Rusiya Belarusa qaz nəqlini borcun həcminə proporsional qaydada azaldacaq.

Qeyd edək ki, hazırda Belarusun Rusiyadan aldığı qaza görə borcu müxtəlif hesablamalara əsasən 140-200 mln. dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR