Azərbaycan Dövlət Neft Şirkətinin Ekologiya İdarəsi Balaxanı tullantı poliqonunda monitorinq aparacaq

Azərbaycan Dövlət Neft Şirkətinin Ekologiya İdarəsi Balaxanı tullantı poliqonunda monitorinq aparacaq
# 17 iyun 2010 08:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsi “Təmiz Şəhər” ASC tərəfindən elan edilmiş tenderin qalibi elan olunub. Bu barədə «APA-Economics»ə ARDNŞ-in Ekologiya İdarəsindən məlumat verilib.

Ekologiya İdarəsi ilə “Təmiz Şəhər” ASC arasında bağlanmış müqaviləyə əsasən, Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunun təyin olunmuş nöqtələrindən nümunələrin götürülməsi və analizlərin aparılması nəzərdə tutulur. Bu məqsədlə İdarənin Ekoloji Monitorinq Departamenti cari ilin iş planına və illik monitorinq proqramına uyğun olaraq iyul ayının ortalarından başlayaraq, Balaxanı poliqonunda ekoloji monitorinq işlərini həyata keçirməyi planlaşdırır.

Ekoloji monitorinq işlərində verilmiş sifariş əsasında, torpaq, atmosfer havası, su nümunələrinin götürülməsi və çirkləndirici maddələrin kəmiyyət, keyfiyyət göstəricilərinin və digər parametrlərinin təyin olunması üçün Kompleks Tədqiqatlar Laboratoriyasında analiz olunması nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR