Rusiya Belarusa tranzit borcunu ödədiyini bəyan edib

Rusiya Belarusa tranzit borcunu ödədiyini bəyan edib
# 24 iyun 2010 12:39 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, bu barədə şirkətin nümayəndəsi Sergey Kupriyanov açıqlama verib. Onun sözlərinə görə, Rusiya tranzit haqqı olaraq Belarusa 228 mln. dollar ödəyib.

Öz növbəsində Belarus baş nazirinin birinci müavini Vladimir Semaşko vəsaitin hesablarına oturması üçün iki saat gözləyəcəklərini bildirib. Əks halda, Rusiya qazının Avropaya tranzitinə məhdudiyyət tətbiq olunacaq: “Bizim hesablamalarımıza görə, Rusiya Belarusa 260 mln. dollar ödəməlidir. Amma 228 mln. dollar ödəyiblər. Bu isə bütün borcun 87%-dir. Ona görə də buna avans kimi baxa bilərik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR