Azərbaycanın yüngül sənaye müəssisələrində hazır məhsul qalığı xeyli azalıb

Azərbaycanın yüngül sənaye müəssisələrində hazır məhsul qalığı xeyli azalıb
# 25 iyun 2010 14:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyun ayının 1-i vəziyyətinə Azərbaycanın toxuculuq, geyim, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı ilə məşğul olan müəssisələrin anbarlarında 16 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 5,9%-i qədər hazır məhsul qalığı olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə anbarlarda məhsul qalığının dəyəri 2,2 dəfə azalıb.

Cari ilin ilk beş ayı ərzində bu sahədə fəaliyət göstərən müəssisələr tərəfindən 23,1 mln. manatlıq məhsul, o cümlədən 3,2 min ton pambıq lifi, 1,5 min ton pambıq iplik, 0,9 min kv. metr xalça və xalça məmulatları, 652,9 min cüt corab məmulatları, 49,2 min ədəd kişi və oğlanlar üçün kostyumlar və s. məhsullar istehsal edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR