ARDNŞ «Azərbaycanın neft tarixinin ekskursiya mövzulu mətni» adlı sənəd hazırlayıb

ARDNŞ «Azərbaycanın neft tarixinin ekskursiya mövzulu mətni» adlı sənəd hazırlayıb
# 04 avqust 2010 10:02 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Azərbaycan neftinin qədim tarixini və inkişaf dövrünün bütün mərhələlərini özündə əks etdirən iri həcmli «Azərbaycanın neft tarixinin ekskursiya mövzulu mətni» adlı sənəd hazırlayıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Sənəd ARDNŞ-in Neft muzeyinin təşkili şöbəsi tərəfindən işlənib hazırlanıb. Şirkətdən bildirilib ki, sənəd gələcəkdə yaradılacaq Neft Muzeyinin ekspozisiyalarının hazırlanması, ekskursiyaların təşkili üçün əsas mənbə olacaq. Adıçəkilən sənəd rəy verilməsi üçün AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutuna təqdim olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR