Azərbaycan iyulda avtomobil benzininin ixracını 11% artırıb

Azərbaycan iyulda avtomobil benzininin ixracını 11% artırıb
# 04 avqust 2010 14:00 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2010-cu ilin iyul ayında 14 858 ton avtomobil benzini ixrac edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Şirkət avtomobil benzini ixracını iyun ayı ilə müqayisədə 10,5% artırıb. Hesabat dövründə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi həmçinin, 138 522 ton dizel yanacağı (37,2% çox), 7 171 ton təyyarə yanacağı (86,1% az), 179 ton soba mazutu (4,6% çox) ixrac edib.

Ümumilikdə, 2010-cu ilin yanvar-iyul ayları ərzində 94 054 ton avtomobil benzini, 935 997 ton dizel yanacağı, 71 622 ton təyyarə yanacağı, 764 ton soba mazutu ixrac edilib.

İyul ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 686,43 dollar, təyyarə yanacağının – 663,64 dollar, dizel yanacağının – 627,33 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 451,95 dollar olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR