Bolqarıstan Azərbaycan qazını digər Avropa ölkələrinə nəql edəcək - YENİLƏNİB

Bolqarıstan Azərbaycan qazını digər Avropa ölkələrinə nəql edəcək - <font color=red>YENİLƏNİB</font>
# 13 avqust 2010 11:36 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Bolqarıstanın «Standart News» portalına açıqlamasında «Bulgartransgas» şirkətinin direktoru İvan Drenoviçki bildirib.

İ.Drenoviçki bildirib ki, Bolqarıstan Azərbaycandan alınan qazla ölkənin təbii qaz istehlakını 50%-ə qədər təmin edə bilər.

Təbii qazın alqı-satqısına dair avqustun 10-da Bakıda işçi qruplarının görüşünün keçirildiyini deyən şirkət rəhbərinin sözlərinə görə, bolqar ekspertləri «Şahdəniz» konsorsiumuna daxil olan ARDNŞ, «Statoil», BP və «Total» şirkətləri ilə Azərbaycan qazının Gürcüstan ərazisində sıxılaraq Bolqarıstana göndərilməsi layihəsini müzakirə edib.

«Bulgartransgas» rəhbəri onu da qeyd edib ki, zəruri infrastruktur yaradılandan sonra Bolqarıstan Azərbaycandan ildə 2 mlrd. kubmetr qaz alma imkanlarına malik olacaq. Bu layihənin isə ən tezi 2013-cü ildə reallaşması gözlənilir.

İşçi qruplarının toplantısında qərara alınıb ki, layihə ilə bağlı növbəti görüş bu ilin sentyabr ayının 23-24-də keçirilsin və həmin iclasda Gürcüstanda tikiləcək qaz terminalının inşa olunacağı ərazinin dəqiqləşdirilməsi ilə bağlı məsələlə əsas müzakirə predmeti olacaq. İlkin ehtimallara görə, bu terminal Poti və ya Kulevi limanlarında tikiləcək. Qeyd edək ki, Bolqarıstanda analoji terminalın Varnada inşa edilməsi planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR