Azərbaycanda IPI indeksi iyulda kəskin artıb

Azərbaycanda IPI indeksi iyulda kəskin artıb
# 18 avqust 2010 08:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalı indeksi (Industrial Production Index – IPI) 2010-cu ilin iyul ayında 102,7% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks cari ilin iyun ayında 79,4%, mayda 103,3%, apreldə 100,8%, martda 113%, fevralda 85%, yanvarda isə 106%-ə bərabər olub:




IPI indeksi hesabat ayında istehsal olunmuş sənaye məhsul və xidmətlərin pul ifadəsində həcminin əvvəlki ayın eyni göstəricisinə faizlə ifadə olunan nisbətidir. Belə ki, indeks iyul ayında istehsal edilmiş məhsulun dəyəri (2,077 mlrd. manat) iyunda istehsal olunmuş məhsulun dəyərinə (2,018 mlrd. manat) bölünməklə hesablanıb.

Göründüyü kimi, IPI indeksi 2010-cu il ərzində böyük dəyişkənlik nümayiş etdirib ki, bu da sənaye istehsalında aylıq müqayisədə canlanma və zəifləmənin bir-birini əvəz etdiyini göstərir. Beləliklə, il ərzində ən yüksək aylıq artım tempi martda, ən yüksək azalma tempi isə iyunda müşahidə olunub.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ilin yanvar-iyul aylarında Azərbaycanda sənaye istehsalının ümumi həcmi 16 231,5 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR