ARDNŞ prezidenti Astara Qaz Kompressor Stansiyasında olub

ARDNŞ prezidenti Astara Qaz Kompressor Stansiyasında olub
# 19 avqust 2010 14:29 (UTC +04:00)
Astara. Ağəddin Babayev - APA. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bu gün Astara Qaz Kompressor Stansiyasında aparılan genişləndirmə işləri ilə tanış olub.

APA-nın cənub bürosunun məlumatına görə, ARDNŞ prezidenti jurnalistlərlə söhbətində Qaz Kompressor Stansiyasında tikinti işlərinin gedişindən razı qaldığını, burada quraşdırılan daha 6 ədəd kompressor qurğusunun cari ilin dekabr ayında işə düşməsi ilə stansiyanın qazötürmə gücünün 2 mln. kubmetrdən 5 mln. kubmetrə çatacağını bildirib.

Onun sözlərinə görə, ARDNŞ-nin tikinti briqadaları hazırda ölkənin 57 rayonunda qazlaşdırma işlərinə səfərbər olunublar. Belə ki, bəzi rayonlara yeni qaz kəmərləri çəkilir, bir çox yaşayış məntəqələrində isə köhnə borular yeniləri ilə əvəzlənir: “2013-cü ilə kimi Azərbaycanın 95% ərazisinin mavi yanacağa olan tələbatı tamamilə öz həllini tapacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR