Azərbaycan sutəmizləyici qurğuların istehsalına başlayıb

Azərbaycan sutəmizləyici qurğuların istehsalına başlayıb
# 25 avqust 2010 07:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) «Azərikimya» İstehsalat Birliyinin Mexaniki-Təmir Zavodu ilk dəfə olaraq ekoloji əhəmiyyətli sutəmizləyici qurğu hazırlayıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, ekologiyanın, ilk növbədə dəniz və çayların, həmçinin ətraf mühitin saflığının qorunması məqsədini daşıyan və yaşayış massivlərində, müəssisələrdə, eləcə də fərdi yaşayış sahələrində quraşdırılması nəzərdə tutulan qurğu Çexiyanın «TopalWater» şirkətinin layihəsi əsasında hazılanıb.

Sutəmizləyici qurğunun ilk nümunəsi əsas sifarişçiyə - «Azneft» İB-yə yola salınıb və artıq ikinci sutəmizləyici «Topas-75» qurğusu da istehlakçıya göndərilməsi üçün hazır vəziyyətə gətirilib. Hazırda üçüncü qurğunun üzərində tamamlama işləri həyata keçirilir.

Qeyd edək ki, qabariti o qədər də böyük olmayan, istənilən yerdə və səviyyədə quraşdırılması mümkün olan sutəmizləyici qurğuların detallarının müəyyən hissəsinin yaxın zamanlarda Mexaniki-Təmir Zavodunda hazırlanması planlaşdırılır. Azərbaycanda istehsalı ilk dəfə başlanılmış təmizləyici qurğulardan il ərzində ən azı 50 dəst hazırlanması nəzərdə tutulub. Ekologiya və əlverişli istismarı baxımından səmərəli olan bu qurğularının istehsalının gələcəkdə daha da artırılacağı istisna edilmir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR