Sentyabrın 7-8-də Bakıda regional enerji forumu keçiriləcək

Sentyabrın 7-8-də Bakıda regional enerji forumu keçiriləcək
# 27 avqust 2010 08:15 (UTC +04:00)
Tədbirin təşkilatçılarından biri olan Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubundan (CEIBC) «APA-Economics»ə verilən məlumata görə, tədbirin keçirilməsi əsasən ekoloji təmiz texnologiyaların inkişafı, Qafqaz regionunda bərpa olunan enerji sahəsinə investisiya yatırımına neft-qaz şirkətləri, bank və investisiya institutlarının cəlb edilməsi məqsədi daşıyır.

Tədbirdə Avropa Komissiyası, Azərbaycan Dövlət Neft Şirkəti, «Azərenerji» ASC, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Almaniya İnkişaf Bankı (KfW) Azərbaycanda Amerika Ticarət-Sənaye Palatası (AmCham), «Baker&McKenzie» və digər qurum və şirkətlərin nümayəndələri tərəfindən məruzələr oxunacaq. Müzakirə ediləcək mövzular sırasında sahəyə aid olan qanunvericilik, maliyyələşdirmə mənbələri, Qafqaz regionunun iqlim şəraiti və onların bərpa olunan enerji sahəsinə yararlı olması, ekoloji təmiz texnologiyalar və ekoloji biznes yer tutur.

Forumda regional və beynəlxalq hökumət təşkilatları, bu sahədə fəaliyyət göstərən kommersiya təşkilatları, banklar, konsaltinq və investisiya institutlarının iştirakı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR